Kayıtlar

Haziran, 2017 tarihine ait yayınlar gösteriliyor

Almalı, darçınlı və ballı piroq

Resim
Ərzaqlar 1 fincan un 1 ,5 çay qaşığı qabartma tozu 1 çay qaşığı duz 1,5 fincan toz şəkər 2 ədəd yumurta,yaxşı çalınmış 8 yemək qaşığı əridilmiş kərə yağı 2 çay qaşığı vanil 1 çay qaşığı darçın Yarım limonun suyu 3-4 ədəd alma 1 yemək qaşığı bal Yemək spreyi Zövqə görə servis üçün krem şanti və ya dondurma Hazırlanması Sobanı 185 dərəcə qızdırın, tavaya yemək spreyi çəkib perqament kağız sərin. Orta ölçülü bir kasada unu, qabartma tozunu, 1 fincan şəkəri və duzu qarışdırın. Üzərinə yumurtanı yağı və vanili əlavə edib qarışdırdıqdan sonra hazır xəmiri tavaya tökün. Orta ölçülü kasaya limon suyunu sıxın, almaları soyub tumunu təmizlədikdən sonra kasanın içinə incə-incə dilimləyin. Darçın və şəkər əlavə edin və hər bir dilimin yaxşıca qarışmasına diqqət edin. Qarışdıqdan sonra dilimləri üst-üstə xəmirin üzərinə düzüb sobaya qoyun. 30-35 dəqiqə bişməyini gözləyin. 10 -15 dəqiqə soyuduqdan sonra fırça ilə üstünə bal çəkə bilərsiniz. Arzu olunarsa servis edil

Plovlu Cücə Dolması

Resim
Ərzaqlar: 1 ədəd sobada qızarmış bütün toyuq 500 qr düyü 125 qr kərə yağı və ya marqarin 4 və ya 5 stəkan ət suyu və ya normal qaynanmış su 80 qr dolma fıstığı 80 qr quş üzümü 200 qr incə küp şəklində doğranmış quzu ciyəri yarım dəstə incə doğranmış şüyüd duz qara bibər 2 ədəd incə küp şəklində doğranmış quru soğan Hazırlanması: Düyünün daşlarını çıxarıb və bir qabın içinə qoyub içinə bir ovuc duz atın. İlıq suda 15 dəqiqə gözlədin. Qazanı ocağın üzərinə qoyun. İçinə yağı qoyun və ocağı yandırın. 80 qr dolma fındığını əlavə edərək qızarana qədər qovurun. Sonra soğanı əlavə edin və qızarana qədər qovurun və ciyəri əlavə edin. Ciyər qovrulduqdan sonra düyünü yuyub süzdürün. Eyni qazana qoyub 5 dəqiqə qovurun. Daha sonra duzu, qara bibəri və şüyüd əlavə edərək bir dəqiqə qovurun və suyun hamısını , quş üzümü əlavə edərək bir dəfə də qaynatdıqdan sonra ocağın altını yavaş yavaş almağa başlayın. Bişdikdən sonra dərəotunu əlavə edərək qarışdırın. Toyuğu sobada