Plovlu Cücə Dolması

Ərzaqlar:

  • 1 ədəd sobada qızarmış bütün toyuq
  • 500 qr düyü
  • 125 qr kərə yağı və ya marqarin
  • 4 və ya 5 stəkan ət suyu və ya normal qaynanmış su
  • 80 qr dolma fıstığı
  • 80 qr quş üzümü
  • 200 qr incə küp şəklində doğranmış quzu ciyəri
  • yarım dəstə incə doğranmış şüyüd
  • duz
  • qara bibər
  • 2 ədəd incə küp şəklində doğranmış quru soğan

Hazırlanması:

  1. Düyünün daşlarını çıxarıb və bir qabın içinə qoyub içinə bir ovuc duz atın.
  2. İlıq suda 15 dəqiqə gözlədin.
  3. Qazanı ocağın üzərinə qoyun.
  4. İçinə yağı qoyun və ocağı yandırın.
  5. 80 qr dolma fındığını əlavə edərək qızarana qədər qovurun.
  6. Sonra soğanı əlavə edin və qızarana qədər qovurun və ciyəri əlavə edin.
  7. Ciyər qovrulduqdan sonra düyünü yuyub süzdürün.
  8. Eyni qazana qoyub 5 dəqiqə qovurun.
  9. Daha sonra duzu, qara bibəri və şüyüd əlavə edərək bir dəqiqə qovurun və suyun hamısını , quş üzümü əlavə edərək bir dəfə də qaynatdıqdan sonra ocağın altını yavaş yavaş almağa başlayın.
  10. Bişdikdən sonra dərəotunu əlavə edərək qarışdırın.
  11. Toyuğu sobada qızardıb içini plovla doldurun.
  12. Təkrar sobaya qoyaraq 180 dərəcədə 5 dəqiqə bişirdikdən sonra süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun :)

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Almalı, darçınlı və ballı piroq